
Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır.
Bu barədə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubunda qeyd edilib.
“Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir”, - məktubda vurğulanır.
.