"Bu gün ABŞ və Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Venslə mətbuata birgə bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, ABŞ-la təhlükəsizlik sahəsində, enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik: “Azərbaycan 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO ölkələridir. Biz həmçinin müdafiə sahəsində əməkdaşlığın yeni səhifəsini açırıq”.

Dünyanın ən güclü dövləti ilə strateji tərəfdaşlığın qurulması bizim üçün böyük şərəfdir

Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.

Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.

“Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq”, - deyə dövlət başçısı əlavə edib.

ABŞ-la təhlükəsizlik sahəsində sıx şəkildə əməkdaşlıq edəcəyik

ABŞ-la təhlükəsizliklə məsələlər üzərində sıx əməkdaşlıq etməyə davam edəcəyik.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ Vitse-prezidenti Ceyms Devid Venslə mətbuata bəyanatda bildirib.

“Bizim öz işimiz kimi müəyyən etdiyimiz nizamnamədə əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Təhlükəsizliklə bağlı məsələlər üzərində sıx şəkildə əməkdaşlıq etməyə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər üzərində işləməyə davam edəcəyik”, - dövlət başçısı qeyd edib.

 ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri tarixi səfər adlandırıla bilər

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri tarixi səfər adlandırıla bilər.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə mətbuata bəyanatında deyib.
 

.