Bu fakt bir daha göstərir ki, xalqımıza xas mənəvi keyfiyyətlərin qorunması hər kəs üçün vacib missiya olmalıdır. Prezident İlham Əliyevin bu dəyəri gündəmə gətirməsi və daim diqqətdə saxlaması özündə bir çox amilləri ehtiva edir: ənənəvi dəyərlərə sadiqlik, böyüyə hörmət və sadəlik.
Ölkə başçısı bütün tədbirlərdə, keçirdiyi görüşlərdə böyüklərə, ağbirçəklərə bəslədiyi hörmətlə daim nümunə göstərib. Prezidentin istər şəhid ailələri ilə görüşündə, istərsə də bölgələrə səfəri zamanı yaşlı insanlarla səmimi söhbətləri, onları qayğılandıran məsələlərlə bağlı həssas yanaşması deyilənlərin təsdiqidir.
Sözügedən məqamı özündə əks etdirən süjet AzTV-nin "Xəbərlər” proqramında yayımlanıb.
