2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi.

Bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib.

Dövlət başçısı, həmçinin bildirib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”.

İlham Əliyev: Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm

Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib.

Dövlət başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.

Azərbaycan Prezidenti: Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu

Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir.

Bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.

Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini gördüyümüzü vurğulayan dövlət başçısı bildirib: “Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin”.

Prezident İlham Əliyev: İndi yeni dövr başlayır, bu dövrün böyük nailiyyətləri olacaq

İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.

İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildidiyini xatırladan dövlət başçısı qeyd edib: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”.

Azərbaycan Prezidenti: Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi

Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.

Prezident: Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz

Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz.

Bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.

“Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, - dövlət başçısı vurğulayıb.

.