Pakistan Prezidenti Arif Alvi Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib.

Bu barədə Arif Alvi ölkəsində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Pakistan Prezidenti ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Prezident Arif Alvi Pakistanın Azərbaycanla ortaq dinə və mədəni əlaqələrə söykənən münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Pakistanın dövlət başçısı iki ölkə arasında ticarət həcminin genişləndirilməsinin, mədəni və ticarət əməkdaşlığının daha da təşviq edilməsinin vacibliyini vurğulayıb.  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında ticarət və mədəni əməkdaşlığı artırmaq üçün böyük potensialın olduğunu söyləyib.  

Ceyhun Bayramov Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyinə görə Pakistana təşəkkür edib. XİN başçısı Azərbaycanın bütün beynəlxalq platformalarda Kəşmir məsələsində Pakistanın yanında olacağını qeyd edib.

.