
Rusiya Varşavanın Krakovdakı Baş Konsulluğunun bağlanması ilə bağlı qeyri-adekvat addımlarına cavab verəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Varşava vətəndaşların maraqlarına zidd hərəkət edərək Moskva ilə münasibətləri qəsdən pozmaqda davam edir. "Bu qeyri-adekvat addımlara adekvat cavab tezliklə veriləcək",- Zaxarova Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanmasını şərh edərkən deyib.
Qeyd edək ki, Polşa XİN başçısı Radoslav Sikorski Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması haqqında qərar verdiklərini açıqlayıb.
.