
Yeni qanunun qəbulundan sonra diplomatik fəaliyyətin hüquqi əsasları möhkəmlənəcək.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentdə “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, yeni qanun layihəsi çoxdan gözlənilirdi və diplomatların bundan sonra daha da səmərəli işləməsinə şərait yaradacaq:
“Bir il bundan öncə diplomatların maaşı kəskin artırıldı. İndiki XİN rəhbərliyi səfirlərin və səfirliklərin işinə çox diqqətlə yanaşır, problemləri həll etməyə çalışır. Vəziyyət ildən-ilə düzəlir. Yeni qanunun qəbulundan sonra isə diplomatik fəaliyyətin hüquqi əsasları möhkəmlənəcək”.
.