jpeg-1686128478.jpeg)
Cari ilin 27 may-02 iyun tarixlərində MƏR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Misir paytaxtı Qəhrə şəhərində "Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival" keçirilmişdir.
Tədbirin son günü Misirin Mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın incəsənət xadimi və AR-in Rusiya Federasiyasındakı səfiri cənab Polad Bülbüloğlu haqqında məlumat verilmiş, onun ənənəvi incəsənətin inkişafında, eləcədə diplomatik xidmətində rolu vurğulanmış və ona ünvanlanmış mükafat və sertifikat təşkilatçılar tərəfindən səfir E.Poluxova təqdim olunmuşdur. Eyni zamanda, Festival ilə əlaqədar dərc edilmiş kitabda P.Bülbüloğlunun həyat və yaradıcılığına həsr edilmiş məqalə də öz əksini tapmışdır.
Azərbaycanın incəsənət xadiminə verilən dəyərə və mükafata görə Misir tərəfinə təşəkkürünü bildirən səfir E.Poluxov P.Bülbüloğlunun ölkəmizin milli musiqi tarixində mühüm rola malik olması ilə yanaşı, sülh istiqamətində həyata keçirdiyi diplomatik xidmətlərindən də söhbət açmışdır.
Qeyd etmək olar ki, adıçəkilən festival ənənəvi olaraq hər il keçirilir və orada iştirak üçün dünyanın müxtəlif ölkələrindən musiqi və rəqs qrupları qatılır. Bu il keçirilən tədbirdə də Afrika, Avropa, Asiya və Latın Amerikasından gələn qruplar tamaşaçıları maraqlı proqram ilə tanış etmişlər. Tədbir böyük sayda yerli və xarici qonaqlar tərəfindən ziyarət edilmiş və kütləri informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.