Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya nümayəndə heyəti ilə Türkiyədə danışıqlara yalnız Vladimir Putinin iştirak edəcəyi təqdirdə razılıq verə bilər.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "RBK-Ukrayna"ya açıqlamasında bildirib.

"Əgər Putin orada yoxdursa, deməli, danışıqlar da olmayacaq. Qərarı prezident verəcək – belə bir halda hansısa müzakirənin aparılıb-aparılmayacağına o qərar verəcək. Amma o zaman bu danışıqlar prezident səviyyəsində olmayacaq. Qeyd edim ki, prezident yalnız Putinlə danışa bilər. Çünki qərarları verən və məsuliyyət daşıyan şəxs odur. Qalan bütün proseslər sadəcə təbliğat xarakteri daşıyır", – deyə Podolyak vurğulayıb.
 

.