
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
Məlumata deyilir ki, İran Prezidenti Bakıya səfərinə toxunub və səfərinin Azərbaycan Respublikası ilə əlaqələrdə müsbət sıçrayışa səbəb olduğunu vurğulayıb.
Eyni zamanda, Pezeşkian İranın Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaydakı yeni səfirlərini qəbul edib.
Pezeşkian səfirlərlə görüşdə bildirib ki, müxtəlif ölkələrlə əməkdaşlığın genişləndirilməsi İranı gücləndirir.
.