Sabah peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçiriləcək.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib.

O bildirib ki, 22 rayonda direktor, 29 rayonda isə direktor müavinlərinin işə qəbulu üzrə elan verilib: "Bununla bağlı 790-dan çox müraciət olub. Sabah mərkəzləşdirilmiş imtahan keçiriləcək. Həmçinin, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə 1200-dən çox müraciət olub. Avqustun 3-də də müəllimlərin işə qəbulu üzrə imtahan keçiriləcək. İmtahandan uğurla keçənlər peşə məktəblərində işə qəbul ediləcəklər".

.