Pakistanın Kəraçi şəhərinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə ölkəni tərk etməyə icazə verib. "Frans Press”in xəbərinə görə, bunu sabiq prezidentin vəkili deyib. Onun sözlərinə görə, məhkəmə apellyasiya şikayətini təmin edib. Məhkəmənin qərarı 15 gün sonra nüvvəyə minəcək.
Qeyd edək ki, Pərviz Müşərrəf dövlətə xəyanətdə ittiham olunur.
.