Rusiya prezidenti Vladimir Putin ölkəsinin qonşu Belarusla taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı müqavilə bağladığını bildirib.

“Reuters“ verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi bu qərarı şərh edərək bildirib ki, Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur.

“Biz Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi ilə bağlı açıqlaması ilə bağlı xəbərləri gördük və bu vəziyyəti izləməyə davam edəcəyik”, – ABŞ Müdafiə Nazirliyinin yazılı açıqlamasında deyilir.

.