
Nikol Paşinyan Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edir.
Ermənistanın Baş naziri bu barədə “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Eçmiədzin II Qareginin subaylıq andını pozduğunu və uşağı olub-olmadığını dərhal aydınlaşdırmalıdır.
“Bu məsələ təcili şəkildə aydınlaşdırılmalıdır”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, Paşinyan ötən gün deyib ki, II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz.
.