Parisdə inkassatorlardan dəyəri 150 min avro olan sapfir oğurlanıb.

Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Məlumata görə, hücum zamanı inkassatorlardan biri başından yaralanıb. Soyğundan sonra cinayətkar skuterlə hadisə yerindən qaçıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransada Yelisey Sarayından dəyərli qab-qacaq və farfor məmulatlarının oğurlanması barədə də məlumat yayılıb.

.