
"Azərbaycan və Rusiya arasında dəmir yollarının modernləşdirilməsi, yüksək texnologiya müəssisələrinin təsis edilməsi, bərpa olunan enerji və logistika sahəsində əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur”.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın ikitərəfli münasibətləri çoxşaxəlidir və inkişaf edir.
A.Overçuk bildirib ki, Rusiya kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük istehlakçısıdır: "Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 4,5 milyard, Azərbaycanın Rusiyaya investisiyalarının həcmi isə 1,5 milyard ABŞ dollarını ötür.
Rusiya iş adamları Azərbaycanda çalışmağa maraq göstərir
"Rusiya iş adamları Azərbaycanda sahibkarlıq fəaliyyətə maraq göstərir".
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.
O, Azərbaycanda “KamAZ” kimi Rusiyanın böyük şirkətinin fəaliyyət göstərdiyini xatırladıb: “Hazırda qarşımızda Şimal – Cənub, Şərq – Qərb arasında bağlantılar qurmaqla bağlı yeni imkanlar açılıb. Bundan Avrasiya İqtisadi Birliyi yalnız qazana bilər”.
A.Overçuk həmçinin Azərbaycanla Rusiya arasında enerji, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq olduğunu da bildirib.
Rusiya Baş nazirinin müavini: "Cənubi Qafqazda kommunikasiyaların açılması üçün səy göstərilir"
"Cənubi Qafqaz regionunda yolların açılması istiqamətində hərtərəfli işlər görülür".
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi Avropa iqtisadi birliyi vahid istehsalat və mal nəqli sisteminin qurulduğu ayrıca makroregiona çevrilir.
O bildirib ki, MDB ölkələrinin hər birinin iqtisadi inkişaf sürəti onun yerli xüsusiyyətindən asılıdır.
.