Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2020-ci ildə 1553 müəssisədə müvafiq müayinələr aparılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  müayinələr nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 38,2 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,7 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 28,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. 

Qeyd olunub ki, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1004 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1140 min manat məbləğində cərimə tutulub.

.