Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

"koronavirus.info" xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 49.9 faiz. Abşeronda yoluxma 13.7 faiz, Aranda 13.6 faiz , Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.8 faiz, Quba-Xaçmazda 3.8 faiz, Lənkəranda 2.6 faiz, Dağlıq Şirvanda 2.2 faiz, Yuxarı Qarabağda 1.7 faizdir.

Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

"koronavirus.info" xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.5 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.8 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

Azərbaycan əhalisinin 54 faizi vaksinasiyadan keçib

Azərbaycanda koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir.

"koronavirus.info" xəbər verir ki, COVID-19-a yoluxanların 51%-i qadınlar, 49 %-ni kişilər təşkil edir.

Məlumata görə, ölkədə vaksinasiyadan keçən əhali 54 %, vaksinasiya olunmayan əhali isə 46 %-dir.

Azərbaycanda 30-39 yaşlı şəxslər koronavirusa daha çox yoluxur

Azərbaycanda COVID-19-a yoluxmanın yaş kateqoriyasına görə bölgüsü açıqlanıb.

"koronavirus.info" xəbər verir ki, yoluxmaların 3 %-i 0-9 yaş, 8 %-i 10-19 yaş, 15 %-i 20-29 yaş, 22 %-İ 30-39 yaş, 15 %-İ 40-49 yaş, 16 %-İ 50-59 yaş, 14 %-İ 60-69 yaş, 5 %-İ 70-79 yaş aralığında, 2%-i 80 yaşdan yuxarı insanlardır.
 

.