Xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq.

Bunu Oksford Universitetinin tədqiqatçısı Conatan Kvok deyib.

"İndi müxtəlif yanaşma və strategiyalara malik ən azı 10 şirkət və akademik departamentin iştirak etdiyi bir yarış var" alim bunu bazar günü İspaniyanın El Nundo qəzetinə müsahibəsində deyib.

“Zamanla biz bu yanaşmaların hər birinin faydalarının nə olduğunu, hansı metodların ən yaxşı işlədiyini və ən yaxşı xəstə baxımını təmin etmək üçün onların necə birləşdirilə biləcəyini görəcəyik. Artıq tədqiqatın orta mərhələsində olan bəzi variantlar var”, - Kvok izah edib.

Onun fikrincə, “bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq”.

"Düşünürəm ki, bizim öz peyvəndimiz bu tarixdən əvvəl ortaya çıxacaq" – alim deyib.

.