Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bucaq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və azyaşlı övladları müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

.