Qaradağ rayonu, Müşfiqabad qəsəbəsidə 58 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmasının səbəbləri məlum olub.

Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, Xudaverdi Musayev bu haqda özü məlumat verib. O, həkimlərə ailə üzvləri arasında tez-tez münaqişə olduğunu bildirib. Xudaverdi Musayev həmçinin yaşadığı evə buraxılmamasını deyib:

"Xəstə deyir ki, oğlanları onu yaşadığı evə buraxmırmış. O, da onların bu hərəkətinə görə özünü yandırıb”.

***

Bakıda 58 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-də qeydə alınıb. 1958-ci il təvəllüdlü Xudaverdi Musayev intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb.

Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, Xudaverdi Musayevin vəziyyət ağırdır:

"Xəstənin bədəninin 60%-i yanıb. Çox ağırdır. Hazırda reanimasiyadadır.”

Mərkəzdən Xudaverdi Musayevin yaşayıb-yaşamaması ilə bağlı hər hansı fikir bildirməyin çətin olduğunu dedilər. (aznews.az)

.