PKK lideri Abdullah Öcalanın adından İraq Kürdistan Muxtar Bölgəsi parlament üzvü Heval Kvestaninin Nobel sülh mükafatına namizədlik müraciəti qəbul edilib.
İraqda Kürd partiyaları arasında yer alan Goran Hərəkatı millət vəkili Heval Kvestaninin 2014-cü il Nobel Sülh mükafatına Abdullah Öcalanı namizəd göstərməyi ilə bağlı müraciəti Nobel Komitəsi tərəfindən qəbul edilib. Nobel sülh mükafatına bu il Papa Fransis, Vladimir Putin, Edvard Snouden kimi adların da arasında olduğu 278 nəfər namizəd olmuşdu.
Kvestani 18 iyul 2014 tarixində Öcalanın 2014 Nobel sülh mükafatına namizədliyi üçün Norveçdəki Nobel Komitəsinə müraciət etmişdi. Müraciətinin qəbul edildiyini açıqlayan Kvestani Öcalanın 2014 Nobel sülh mükafatı üçün ən güclü namizəd olduğuna inandığını deyib. Öcalanı Mandelaya bənzədən Kvestani mükafatın Öcalana verilməsinin bölgədə sülh və demokratiyanın inkişaf etməsinə təsir edəcəyini bildirib.
1901-2013 illəri arasında 94 dəfə verilən mükafata, bugünə qədər 100 nəfər və 25 təşkilat layiq görülüb. 2013-cü ildə Nobel sülh mükafatını Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı almışdı.
.