Türkiyənin Diyarbəkir vilayətundə Öcalan tərəfdarları "Qadınların liderliyi və azadlığı" adlı mitinq təşkil edib. Mitinqdə tez tez terrorçu Abdullah Öcalan lehinə türkcə və kürtcə şüarlar səsləndirilib. 10 min adam qatıldığı mitinqdə musiqilər səsləndirilib, "Kürdüstan" yazılmış köynəklər geyinən gənclər Öcalanın şəkilləri önündə qələbə işarəsi göstəriblər.
İlk olaraq tirbunaya BDP rayon başqanı Zübeydə Zümrüd çıxıb kürdcə çıxış edib. Daha sonra çıxış edən HDP İstanbul millət vəkili Sirri Sürəyya Öndər "Öcalan özü sizə bu meydandan salam verəcək" deyib. Millət vəkili Öcalanın salamını sonuncu dəfə gətirdiyini bildirərək bunları deyib: "Sizə kürdlərin lideri Öcalanın son dəfə olaraq salamını gətiririk. Başda qadınlar və gənclər olmaq üzərə kürdlər, məzlumlar, türklərin azadlıq və demokratiya mübarizəsi bu iradə ilə davam edərsə gələn il Öcalan özü sizi burdan salamlayacaq".
Millət vəkili sonda bildirib ki, Öcalan həbsdə olduğu müddətdə sülh də həbsdə olacaq. (avropa.info)
.
