"İnterfax" agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Ölkə başçıları Ukraynadakı mövcud durumla bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını müzakirə ediblər.
Obama telefon danışığı zamanı Merkelə bildirib ki, avropalı müttəfiqlər Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə hazır olmalıdır. Rəsmi Moskvaya qarşı yeni sanksiyaların nədən ibarət olacağı açıqlanmasa da, qərarın Cenevrədə dörd ölkənin iştirakı ilə baş tutacaq görüşdən sonra veriləcəyi bildirilir. 17 aprel tarixində baş tutacaq toplantıda ABŞ, Almaniya, Ukrayna və Rusiyadan olan rəsmilər iştirak edəcək.
.