Novxanı yolunda qeydə alınan yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli Novoye-Vremya.com-a bildirib ki, hadisə dünən baş verib:

“Binəqədi rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində beş avtomobil toqquşub. Hadisə nəticəsində beş avtomobilə maddi ziyan dəyib”.

10:18

Ötən gün Abşeron rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Novoye-vremya.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Novxanı yolunda beş avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

 

.