Gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük əhəmiyyətə malik olacaq.
Bunu Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik XIII Bakı Qlobal Forumunda “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq tək qalıb, ABŞ tutduğu mövqelərdən, təşkilatlardan geri çəkilir: “Bu da təbii olaraq Avropanın bu gün daha çox həmrəy olmasına gətirib çıxarıb. Çünki tək qalmışıq. Düşünürəm ki, gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük rol oynayacaq - xüsusən də təhlükəsizlik məsələsində”.
Sabiq Baş nazir qeyd edib ki, BMT-də, BMT Təhlükəsizlik Şurasının tərkibində dəyişikliklər olmalıdır: “Çünki hazırkı vəziyyət ədalətli deyil. Afrikanın, Ərəb dünyasının Təhlükəsizlik Şurasında daimi yeri yoxdur. Aİ-dən isə cəmi iki ölkə orada iştirak edir”.
.
