Nyu-York ştatının nümayəndəsi Hakim Cefris ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyasının lideri seçilib.

O, bu vəzifədə 82 yaşlı Nensi Pelosini əvəz edəcək.

Demokratların 52 yaşlı Cefrisi fraksiya rəhbəri seçdiyi partiyadaxili səsvermə bağlı qapılar arxasında keçirilib.

Siyasətçi ABŞ Konqresinin palatalarından birində partiya fraksiyasının rəhbəri vəzifəsinə seçilən ilk afroamerikalı olub. Yanvar ayında o, aralıq seçkilərdə ABŞ qanunverici orqanının aşağı palatasında çoxluğu itirmiş Demokratlar Partiyasının rəhbəri vəzifəsinin icrasına başlayacaq.

.