Neftçalada həyətdə 43 ədəd çətənə kolu aşkarlandı — (VİDEO)

1,171 oxunub

Neftçala polisi narkotik vasitə olan çətənə kolları aşkarlayıb. Daxil olmuş məlumat əsasında polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş — 2016” tədbirlər planı çərçivəsində əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə rayonun aşağı Qaramanlı kənd sakini, 49 yaşlı Məhərrəm Fərəcov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən müxtəlif yerlərdə ümumi çəkisi 10 kiloqram olan 43 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb. Aqrotexniki qaydada becərilmiş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Məhərrəm Fərəcov törətdiyi əməli etiraf edib. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

.
XƏBƏRLƏR 08-11-2026
19:02 İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:58 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
18:49 İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib
18:22 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO 
18:07 Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə sosial şəbəkədə paylaşım edib
17:38 Azərbaycan və Türkiyə prezidentləri Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:31 Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
16:47 Prezident İlham Əliyev: Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir
16:26 Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
16:24 Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:21 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bizi də gücləndirir
16:18 Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:16 Ərdoğan: Türkiyə-Azərbaycan münasibətləri tarixin müxtəlif sınaqlarından keçib
16:12 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq 
16:11 Prezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idi
Təqvim