Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub.
Yenizaman.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Şükür İbrahimov təyinat alıb.
Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.
.
