Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Bu Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, qəbul şagird yerdəyişməsi (https://sy.edu.az) elektron sistemi vasitəsilə aparılacaq.

Qeyd edək ki, 17 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

.