Xəbər verildiyi kimi, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) əmək haqqı 200-manatdan arıq artırılıb.

İndiyədək 2025 manat olan Əmək haqqı 2230 manat yüksəldilib.

Bu arada ölkəmizdə rəhbər vəzifə tutan digər şəxslərin də maaşlarını xatırlamağına dəyər.

Azərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub.

Sərəncama əsasən, Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub.

1. Baş nazir - 2460 manat

2. Baş nazirin birinci müavini - 2160 manat

3. Baş nazirin müavini - 2060 manat

4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi - 1925 manat

5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri - 1595 manat
.