Müəyyən qüvvələr Türkiyəni bölmək istəyirlər.
"Trend” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyədə millətlərarası ədavəti qızışdırmaq istəyirlər, ölkəni tənəzzülə gətirib çıxartmaq istəyirlər.
"Türkiyədə Suriya ssenarisinin təkrarlanması mümkün deyil. Ölkədə daxili münaqişələri qızışdırmaq istəyənlər, uğursuzluğa məruz qalıblar", - nazir bildirib.
.
