"Düşünürəm ki, uşaqlar məktəbə formada gəlməlidir və bu şagirdlər arasında bərabərliyi formalaşdırır. Forma ilə gəlməlidirsə, bunun da müəyyən standartı olmalıdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, Nazirlik formanın rəngini, standartını təqdim edib:

"Valideyn də forma alırsa, bunun qiyməti, maya dəyərini bazar müəyyənləşdirir. Bu, elm və təhsil mövzusu deyil. Lakin qiymətlərin şişirdilməsi halları varsa, biz də bunu düzgün hesab etmirik. Digər tərəfdən biz heç kəsi forma geyinməyə məcbur etmirik".

Emin Əmrullayev qızlar üçün məktəbli formasında şalvarın üzərindən xətt çəkilməsinə münasibət bildirib

Elm və təhsil naziri Emin Əmrullayev qızlar üçün nəzərdə tutulan şalvarın üzərindən xətt çəkilərək valideynlərə göndərilməsi məsələsinə münasibət bildirilib.

Nazir deyib ki, belə hallar varsa, konkret məktəblərin nömrələri Nazirliyə bildirilərsə, aidiyyəti üzrə tədbir görüləcək:

"Formanın elementləri təsdiq olunubsa, valideynlər bunu seçə bilər. Heç kim bu qaydanı poza bilməz. Konkret məktəb olmadıqda bu məsələləri araşdırmaq olmur. Lakin belə hallar varsa, həmin direktorlar düz etmir".

Emin Əmrullayev: “30-35 məktəbdə birinci sinfə qəbul imtahanla keçirilir”

"Birinci sinfə şagird götürəndə onu imtahan etmək doğru deyil. Amma deyə bilərsiniz ki, bəs, nə üçün bəzi məktəblərdə imtahan tətbiq olunur?”

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, elə məktəblər var ki, orada 200 yer var və orada 600 şagird oxumaq istəyir:

“Bunun üçün də müəyyən mexanizm olmalıdır. Hazırda sadəcə 30-35 məktəbdə birinci sinfə imtahanla qəbul var. Bütün məktəblərdə bu mexanizm tətbiq olunmur. Təkrar qeyd edirəm ki, xüsusi məktəblərə şagird qəbulu imtahanla aparılır”.

.