“Təhsil Nazirliyi bütün dərslikləri çap etməmişdən əvvəl ictimai müzakirəyə verilir. Sonda orada hansısa texniki səhv olanda isə nəyə görəsə yalnız Təhsil Nazirliyi məsuliyyət daşıyır”.

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, amma fikrimcə, bunu ictimaiyyət də görür: “Əgər ictimaiyyətə dərslik mövzusu maraqladırsa, buna baxmağa marağı olmalıdır”.

Dərsliklərin dilinin çətinliyinə gəldikdə isə nazir deyib ki, Təhsil İnstitutunda işlədiyi vaxtlarda bu işlə məşğul olublar: “Dilin çətinliyinin ölçülməsi ilə bağlı dildə olan ümumişlək sözlərin və sözlərin tezliyi lüğəti var. Hətta elektron formada da yaradılıb, mətni ora atmaqla sözün çətinlik əmsalını çıxarmaq mümkündür. Bir mətndə uzun cümlələr varsa və yaxud ümumişlək sözlər azdırsa o, çətin mətndir. Gündəlik həyatımızda 1000-1500, 2000 sözü daha çox istifadə edirik. Ehtiyat dərsliklərə də bunu tətbiq etməyə başlamışıq. Eyni zamanda, az işlənən sözləri daha çox işlənən sözlərlə əvəz etməklə mətnləri sadələşdirməyə çalışırıq. Amma razılaşıram ki, Azərbaycan dərsliklərində məzmun əsaslı şəkildə dəyişməlidir”.
 

.