
18 sentyabr 2023-cü ildə BQXK, nəhayət, bir neçə ay əvvəl Azərbaycan tərəfindən təklif olunan və iştirak edən bütün beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanan Ağdam və Laçın vasitəsilə humanitar yüklərin eyni vaxtda çatdırılmasını həyata keçirdi, çünki artıq Ermənistan həftələrdir yaratdığı maneələrini aradan qaldırmalı oldu.
Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.
Nazir bildirib ki, Azərbaycan, daha geniş beynəlxalq ictimaiyyət kimi, hadisələrin bu inkişafını alqışladı və bunun, nəhayət, bölgələrdə deeskalasiyaya gətirib çıxaracağına və dövlətlərarası münasibətlərin normallaşması ilə bağlı aktual məsələlərə diqqətin bərpasına yol açacağına ümid etdi.
“Lakin Ermənistan bir daha bu gözləntiləri doğrultmadı və Azərbaycanın günahlandırılmasını davam etdirmək üçün hərbi təxribata əl atdı.
Beləliklə, bir gün sonra erməni diversiya qrupu tərəfindən yerləşdirilən mina iki ayrı partlayışla nəticələnərək, iki mülki şəxsin və dörd polis əməkdaşının, ümumilikdə altı Azərbaycan vətəndaşının faciəvi ölümünə səbəb oldu. Digər altı polis əməkdaşı ağır yaralandı.
Buna cavab olaraq, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədilə lokal anti-terror tədbirləri gördü”, - XİN başçısı vurğulayıb.
Ceyhun Bayramov: Ermənistan ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib
2020-ci ilin noyabrından başlayaraq üç ilə yaxın müddət ərzində Ermənistan, Azərbaycanın suveren ərazisində, Laçın yoludan sui-istifadə edilməsi ilə separatizmi qızışdırmaq məqsədilə on mindən çox insanın ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib.
Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.
Nazir qeyd edib ki, bu dövrdə biz danışıqlar apararkən, normallaşma prosesində iştirak edən bütün beynəlxalq aktorlar və daha geniş beynəlxalq ictimaiyyətin diqqətini ardıcıl olaraq Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsindən irəli gələn ciddi təhlükəyə cəlb etdik və bunu sülh yolu ilə nizamlanmağa çağırılıb: “Qanuni və faktlara əsaslanan narahatlıqlarımız bağlı qapılar arxasında qəbul olunsa da, Ermənistanı öhdəliklərini yerinə yetirməyə inandırmaq üçün real addımlara və məqsədyönlü ictimai mesajlara çevrilmədi.
Nəticə etibarı ilə Ermənistan özünü ruhlanmış hiss etdi və Azərbaycanın suveren ərazisində qeyri-qanuni hərbi mövcudluğa və yenidən "təmas xətti" məntiqinə əsaslanan status-kvonu seçməyin daha yaxşı olacağı illüziyasına qapıldı.
Ermənistan bütün dünyada Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş manipulyasiya və dezinformasiya kampaniyasına və daxili işlərə açıq müdaxilə yolu ilə gərginliyi qızışdırmağa davam etdi".
XİN rəhbəri: Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı
Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı.
Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.
“Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı. Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərksilah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı.
Bunun sülh yolu ilə baş verməməsinin səbəbi Ermənistanın etinasızlığı və iştirak edən vasitəçilərin adekvat addımlar atmaması idi” – diplomat vurğulayıb.
Nazir: Antiterror tədbirləri dayandırıldığı üçün Azərbaycan reinteqrasiya üzrə praktiki addımlara başlayıb
“Antiterror tədbirləri dayandırıldığı üçün Azərbaycan hazırda tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başlayıb”.
Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.
“Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Ermənistan sakinlərinin nümayəndələri ilə çoxdan gözlənilən görüşü nəhayət sentyabrın 21-də Yevlax şəhərində baş tutdu.
Dialoq hökumətin reinteqrasiya planlarının birbaşa müzakirəsi, həmçinin infrastrukturun bərpası və istismarı, humanitar malların və ictimai xidmətlərin çatdırılması ilə bağlı məsələlərin həlli formatında davam etdiriləcək.
Artıq mərkəzi hakimiyyət orqanları təxirəsalınmaz lazımi humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə başlayıb. Hal-hazırda yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylər səfərbər edilib.
Bu xüsusda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinləri bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmində olduğunu bir daha bildirmək istərdim. Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi, qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır” – nazir bildirib.
.