Biz Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə qorumaq üçün əlimizdən gələni bundan sonra da edəcəyik.

Bunu xarici işlər naziri Ceyhun Bayramov "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Fürsətdən istifadə edib cənab Prezidentə bütün kollektivimiz adından bizə verdiyi diplomatik rütbələrə görə təşəkkür edirəm. Cənab Prezidentin diplomatlara qayğı və diqqətini hər zaman hiss edirik”, - nazir əlavə edib.

.