“Azərbaycan sabit, təhlükəsiz, stabil və çiçəklənən Cənubi Qafqaz üçün məqsədlərinə tam sadiqdir. Münaqişədən sonrakı sülh quruculuğunu, reinteqrasiyanı və dinc birgə yaşamağı təşviq etmək üçün səylərimizi davam etdirməklə yanaşı, beynəlxalq birliyin məsuliyyətli bir üzvü olaraq, COVID-19 pandemiyasından sonra bərpa, qlobal inkişaf gündəmi və ya enerji təhlükəsizliyi kimi, bütün müvafiq sahələrdə səylərimizi əsirgəməyəcəyik”.

Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.

“Bu gün qarşılaşdığımız çətinliklər beynəlxalq əməkdaşlığa və həmrəyliyə münasibətdə yeni öhdəliklərin götürülməsini tələb edir. Yalnız birgə səylərlə özümüz və gələcək nəsillər üçün parlaq bir gələcək qurmaq üçün mövcud və gələcək çətinliklərin öhdəsindən gələ bilərik” – deyə nazir çıxışını yekunlaşdırıb.

XİN rəhbəri: Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi vəziyyəti daha da ağırlaşdırır

“Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırır və insan tələfatının sayını artırır”.

Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.

“Hökumətin yorulmaz səyləri sayəsində Ermənistanın 30 illik hərbi işğalı zamanı görünməmiş vandalizm aktına məruz qalan ərazilərə həyat qayıdır. Köçkün ailələrin ilk qrupları artıq öz doğma torpaqlarına qayıdıb.

Təəssüf ki, Azərbaycan ərazilərində kütləvi şəkildə yerüstü minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün əhəmiyyətli maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır.

Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırır və insan tələfatının sayını artırır.

2020-ci ilin noyabr ayından bəri 315 nəfər Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanı olub. Bəzi minalar isə Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə köçürülüb və yerləşdirilib.

Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var. Bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək” – nazir qeyd edib.

XİN rəhbəri: Münaqişə zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi naməlumdur

“Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.

“1987-1991-ci illərdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 300 minə yaxın azərbaycanlını öz əcdadlarının torpaqlarından zorla didərgin saldı. Ermənistandakı azərbaycanlılara aid bütün yaşayış məntəqələrinin və toponimlərinin adı dəyişdirilib, tarixi və mədəni irsimiz qəsdən dağıdılıb və məhv edilib. Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və öz vətənlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər vacib beynəlxalq aktlarda təsbit olunmuş fundamental qayıdış hüququnu həyata keçirməkdən imtina edir” - deyə nazir qeyd edib.
 

.