NATO Almaniyanın Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı qurğu və detonator daşıyan pilotsuz uçuş aparatının aşkarlandığını təsdiqləyib.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata əsasən, PUA hava limanının uçuş-enmə zolağında, Ukraynaya məxsus An-124 "Antonov" yük təyyarəsinin yaxınlığında aşkar edilib. Hadisə yerinə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub və cənub uçuş zolağı müvəqqəti bağlanıb.

Almaniya polisi insidenti araşdırır.

Yerli KİV-lərin məlumatına görə, hadisənin qəsdən törədilmiş təxribat olması ehtimalı da istintaq çərçivəsində nəzərdən keçirilir.

.