“İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi qeyd edib ki, İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir:

“İran özü bundan çox ciddi ziyan çəkə bilər və çəkəcək”.

“Həm bizim səfirliyimizə qarşı terror aktı, həm də deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, burada müxtəlif sahələrdə adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, bunun bir hissəsinin isə din adı altında cəhd ediblər”, - M.Qurbanlı əlavə edib.

.