Xalq şairinin "Gərək bu sözümü daşlara yazam” kitabını Mədəniyyət Nazirliyi çap etdirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xalq şairi Musa Yaqubun şeirlərindən ibarət "Gərək bu sözümü daşlara yazam” adlı yeni kitabını çap edib.
Kitab şairin 80 illik yubileyi münasibətilə işıq üzü görüb. Nəfis tərtibat və yüksək dizaynla çap olunmuş "Gərək bu sözümü daşlara yazam”da ustad şairimizin gənc yaşlarından indiyədək qələmə aldığı, dillər əzbərinə çevrilmiş çoxsaylı şeir və poemalarının bir qismi toplanılıb. 500 tirajla 456 səhifədə çap olunmuş kitab Renesans-A çap evində işıq üzü görüb. Buraxılışa məsul nazirliyin əməkdaşları Aslan Cəfərov və Ələddin Əsədzadədir.

.