Musa Ağayev: Ramiz Mehdiyev elmimizi məhvə aparır.
Yenizaman.az xəbər verir ki, bu fikirləri açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, AMEA ın mətbuat xidməti adından verilən açıqlama Ramiz Mehdiyevin özünün şəxsən yazdığı aydındır. Bu yazıda R. Mehdiyevin işğaldan azad azad olunmuş ərazilərə səfər edən müxalifət partiyalarını "avtobus", "cib" müxalifəti adlandırması yol verilməzdir. Bu AMEA prezidentinin nə qədər ucuz intriqlarla məşğul olduğunu bir daha göstərir. Təəssüflər olsun ki, belə bir şəxs uzun müddət Prezident Adminstrasiyasının rəhbəri vəzifəsində çalışıb və bu gün isə AMEA-yanın Prezidentdir. Belə insanların AMEA-da rəhbər vəzifəsində çalışmağı Azərbaycan elminin məhvidir. AMEA-nın rəyasət heyəti Mehdiyev istefaya göndərməlidir. Daha sonra isə Ramiz Mehdiyev ədalət məhkəməsi qarşısında cavab verməlidir.
