Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında baş verən saysız-hesabsız qanunsuzluq halları ilə bağlı yazılar dərc etmişdik. Həmən yazılarda müəllimlərdən hər ay üçün işıq və istiliyə görə 20-30 manat pul yığılması, Hesablama Palatasının yoxlamasından sonra yaranmış 5 min manat cərimənin də hər müəllimdən 100 manat yığmaqla ödənilməsi hallarından bəhs olunurdu.

Bu dəfə isə deyilənlərin sübutu kimi, redaksiyamıza həmin məktəb direktorunun müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı daxil olub. Səs yazısından aydın olur ki,direktor Gülnurə Babaşova kecən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan"aylıq”pulların verilməsini tələb edir, xüsusi olaraq vurğulayır ki, "Sonra deməyin ki, maaşı aldım, vacıb oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin”.

(Səs yazısını dinləmək ücün tıklayın)


Son üç ay ərzində məktəb haqqında yazılanlar nəinki sənəd və faktların dili ilə, heç tutarlı arqumentlərlə belə təkzib olunmayıb. Qeyd etdiyimiz yazılar kompleks şəkildə olmasa da, ayrı-ayrı detalların işıqlandırılması baxımından ölkənin aparıcı mediası sayılanModern.az, Mektebgushesi.az, Yenizaman.az, Dia.az, Aztehsil.com, Xalqxəbər.az, A24.azkimi internet medialarda yaylmlanıb. Mətbuatda gedən yazılardan sonra məktəbdə baş verən yeni faktlar da üzə çıxmağa başlayıb.

Onlardan biri də müəllimlərə saxta sertifikatların verilməsidir. Hüquq- mühafizə orqanlarına bu məsələnin araşdırılması ilə bağlı sorğuyla müraciət olunacaq.

Ölkədən, hətta Şamaxı rayonundan kənara çıxmayan müəllimlərin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən"Университет Информационных Технологий”-nin 72 saat olmaqla kompüter kursunu bitirməsi necə mümkün ola bilər?! Gülnurə Babaşova bu sertifikatları müəllimlərə hər biri 100 manat olmaqla "satıb”. Maraqlıdır, niyə məhz Moskvanın "Университет Информационных Технологий”təhsil ocağı seçilib? Bu saxtakarlığa nə hacət var idi?! Kompüter kurslarını Azərbaycanda keçmək mümkün deyildimi?

 

 

Hazırda məktəbdə nələrin baş verdiyinə gəlincə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qaynar xəttinə dəfələrlə zəng vuraraq şikayətlərini çatdırmış məktəbin pedaqoji kollektivinin ayrı-ayrı nümayəndələri bildirirlər ki, direktorun vakansiyalardan gizlətdiyi ştatların dərs saatları qeyri-ixtisas müəllimlərinin arasında bölüşdürülüb. Təbii ki, burada da müəllimlər arasında "ögey-doğmalıq” prizması əsas tutulmaqla. Məktəbdə dil-ədəbiyyat dərslərini başqa ixtisasdan olan müəllimlərin tədris edir. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri "peşkəş edilib”. Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış müəllimlərə cəmi 10-18 saat dərs bölgüsü aparılıb. Fakultativ məşğələləri "özünə yaxın hesab etdiyi”müəllimlərə yazmaqla həmin pulları da mənimsəyir.

P.SBütün sadalanan faktlarla bağlı Azərbaycan Respubilikası Təhsil Nazirliyinə, Hüquq- mühafizə orqanlarının Şamaxı rayon şöbələrinə də müraciət edərək, adı cəkilən məktəbdə baş verən qanunsuzluqlarla bağlı araşdırmanın nəticəsi barədə redaksiyamıza da məlumat verməyinizi xahiş edirik.

(http://mektebgushesi.az)

.