Moskvada Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Nazirlərin məhdud tərkibdə görüşü iki saatdan çox çəkib, iclas daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

İclasda beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb və bu il qeyd olunan MDB-nin 35-ci ildönümü kontekstində Birlik formatında prioritet iş sahələri müzakirə edilib.

İclasın yekununda xarici siyasət koordinasiyasının gücləndirilməsinə və hüquq-mühafizə, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra qərarlar qəbul edilib.

Təsdiq edilmiş sənədlərin əksəriyyəti sonradan təsdiq üçün MDB dövlət və hökumət başçıları şurasına təqdim edilib.

MDB XİN başçıları Şurasının növbəti iclasının oktyabrın 7-də Türkmənistanda keçirilməsi qərara alınıb.

İclasının yekununda MDB Baş katibi Sergey Lebedev və Rusiya xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçiriblər.

.