Rusiya heç bir uşağı oğurlamayıb, yalnız rus əsgərləri tərəfindən xilas edilənlər var.

Bu barədə Rusiya Prezidentinin köməkçisi, İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edən nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, Moskva Kiyevdən münaqişə səbəbindən çətin vəziyyətdə qalan 339 uşağın adlı siyahısını alıb.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki. Ukrayna tərəfi bu gün İstanbulda danışıqlar zamanı qanunsuz deportasiya edilən ukraynalı uşaqların siyahısını rəsmi şəkildə Rusiyaya təqdim edib.
 

.