Məşhur Əl-Cəzirə telekanalı sensasion iddia ilə çıxış edib.
Avropa.info xəbər verir ki, məşhur telekanal Misir ilə İsrail arasında edilən gizli energi anlaşmalarını ortaya çıxarıb. Hüsnü Mübarək dönəmində imzalanan anlaşmalara görə, Misir kimi enerji ilə zəngin bir ölkə İsraildən neft və qaz idxal edib. Hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Sissi rejimi isə keçmişdə imzalanan bu gizli anlaşmaların davam etdirilməsi üçün çaba göstərir.
Əl-Cəzirə kanalının Araşdırma Mərkəzi Misir ilə İsrail arasında Mübarək dönəmində edilən və keçən il hərbi çevrilişlə hakimiyyətə gələn Sissi rejimi zamanında davam etdirilməsi üçün çaba göstərilən gizli enerji anlaşmalarını ortaya çıxardı.
Yaxın günlərdə yayımlanacaq "Misirin itmiş gücü" adlı proqramda Misirin neft və qaz sənayesinin gizli qalmış hekayəsindən danışılacaq. Əldə edilən bilgilər, zəngin iş adamlarının bu gizli anlaşmadan necə qazandıqları və ölkənin qısa bir zaman ərzində qaz məsələsində İsraildən aslı vəziyyətə necə gətirilə biləcəyindən söhbət açılacaq.
Bölgədə önəmli qaz ixracatcısı olan Misirin imzalanan gizli anlaşmalarla energi sektorunun necə iflas vəziyyətinə gətirildiyi, daha öncə, Misirə aid olan rezervlərin İsrailin əlinə necə keçdiyindən də danışılacaq.

Təl -Əvivdən etiraflar

Proqramda Təl-Əviv qaynaqları devrilmiş prezident Məhəmməd Mursinin hərbi çevrilişlə devrilməsindən sonra, İsraildən Misirə qaz axınını bərpa etmək üçün yeni hakimiyyətin yürütdüyü gizli addımları anladır. İsrailin keçmiş enerji başqanı Jozef Paritzky "Misirin qaza ehtiyacı var, biz də satırıq. Bundan yaxşı bir işdir" deyir.

Araşdırma 5 ay sürdü

Beş ay sürən araşdırmada danışan tək isim Paritzky deyil. Ondan çox inistut alimi keçmiş və indiki dövlət rəsmilərinin də fikirlərinə yer verilib. Araşdırmaçılar misirli milyarder və İspaniyaya qaçan Hüseyn Səlimin izinə düşüb. 2008-2012-ci illərdə İsraillə qaz ticarəti edən bu iş adamı gizli anlaşmaların açar nöqtəsində durur.

Mursinin hakimiyyətdən devrilməsinin səbəbləri

Proqramda ayrıca xalqın səsverməsi ilə hakimiyyətə gələn Məhəmməd Mursinin necə bu gizli mexanizmin addımları ilə hakimiyyətdən devrildiyi açıqlanır. ABŞ-ın Misir və İsraildəki səfiri Edvard Valker Sissi rejiminin İsraillə münasibətləri yaxşı etməsi səbəbi ilə Vaşinqton üçün çox sərfəli olduğunu söyləyir. İsrailin keçmiş səfiri Oded Eran da bənzər şəkildə, Sissi rejiminin Misir və İsrail əlaqələrinə energi baxımdan çox böyük töhfələr verdiyini açıqlayır.
Proqram Əl-Cəzirədə öncə türkcə, daha sonra isə ingiliscə yayımlanacaq.
.