Misirin baş naziri Hazəm əl-Bəblavi və Nazirlər Kabineti istefa verib. Bu barədə ictimaiyyətə "Əl-Əhram" qəzeti məlumat yayıb. Məlumata görə, Misir hökumətinin istefası müdafiə naziri Əbdülfəttah Əl-Sisiyə prezident seçkilərində namizəd olmaq imkanı yaradacaq.
Ehtimal olunur ki, Misirin yeni hökumət rəhbəri postuna isə məskunlaşma naziri İbrahim Məhləb gətiriləcək. Əbdülfəttah Əl-Sisi isə prezident seçkilərində iştirak edəcəyini artıq fevral ayında rəsmən açıqlayıb.
.
