Ukrayna və Ermənistanın xarici işlər nazirləri Andrey Sibiqa və Ararat Mirzoyan regional hadisələr və Ukrayna-Ermənistan münasibətlərinin inkişafı barədə fikir mübadiləsi aparıblar.

Bu barədə Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yaxşı söhbətim oldu. Biz Ukrayna-Ermənistan münasibətlərinin inkişafını və ikitərəfli dialoqun daha da irəliləməsi yollarını müzakirə etdik", - Sibiqa yazıb.

Ukrayna XİN rəhbəri bildirib ki, o, həmçinin Rusiyanın Ukraynaya son hücumlarının nəticələri, eləcə də mülki əhaliyə və infrastruktura davam edən zərbələr barədə Mirzoyanı məlumatlandırıb.

"Biz sıx əlaqə saxlamaq və Ukrayna-Ermənistan əməkdaşlığını inkişaf etdirməyə davam etmək barədə razılığa gəldik", - Sibiqa qeyd edib.

.