İrəvan sülh naminə düşünülmüş seçim edib və Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üçün ardıcıl addımlar atır.
Bunu AŞPA-da Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan bildirib.
Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit mühüm tarixi hadisə olub. Orada ABŞ Prezidentinin iştirakı ilə Ermənistan Baş naziri və Azərbaycan Prezidenti tərəfindən birgə bəyannamə imzalanıb. Həmçinin tərəflər iki ölkə arasında suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıblar.
A.Mirzoyan Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanacağına və ratifikasiya ediləcəyinə ümidvardır.
Nazir vurğulayıb ki, Ermənistan üçün bu, vətəndaşlar və gələcək nəsillər qarşısında öhdəlikdir - qarşıdurma əvəzinə əməkdaşlıq və tənəzzül əvəzinə inkişaf seçimidir. O qeyd edib ki, humanitar tədbirlər cəmiyyətlər arasında barışıq prosesində əsas rol oynayır. O qeyd edib ki, humanitar tədbirlər cəmiyyətlər arasında barışıq prosesində əsas rol oynayır.
XİN başçısı bildirib ki, sülh, demokratiya kimi daimi səy və müdafiə tələb edir. O, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dəstəyinə görə Avropa Şurasına minnətdarlığını bildirib.
.
