
Avqustun 17-də saat 01 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
.