“Məktəblərdə baş verən neqativ hallarla bağlı komitədə dinləmə keçirəcəyik”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə fikir mübadiləsi aparılacaq: “Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik”.

.